...

Xocalı soyqırımı ilə bağlı materiallar İKT ölkələrinin dərsliklərinə daxil ediləcək

Siyasət Materials 8 Oktyabr 2008 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir N, Abdullayeva/ Xocalı soyqırımı ilə bağlı materiallar İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin dərsliklərinə daxil ediləcək.

İKT - nin Gənclər Forumunun Xocalı soyqırımı ilə bağlı reallıqların təşkilata üzv ölkələrin dərs vəsaitlərinə daxil edilməsi təşəbbüsünü, oktyabrın 6 - 8 - də Bakıda keçirilmiş ISESCO təhsil nazirlərinin IV konfransı dəstəkləyib.

Təşəbbüsün müəllifi İKT Gənclər Forumunun "Mədəniyyətlərarası dialoq"nun əlaqələndiricisi Leyla Əliyevadır. Əliyevanın ermənilərin Azərbaycan şəhərində törətdikləri faciəli hadisələrin həqiqətlərinin çatdırılması ilə bağlı təklif etdiyi "Xocalı həqiqətləri"kampaniyası, onun İKT ölkələrində 2009-2012-ci illərdə həyata keçirilməsini nəzərdə tutur.  

Xocalı faciəsi 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda apardıqları fəal işğalçı döyüş əməliyyatları nəticəsində baş verib. Azərbaycanın rəsmi məlumatlarına əsasən, nəticədə 613 nəfər öldürülüb, (onlardan 106-sı qadın, 83-ü uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər şikəst olub.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar. 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.

Xəbər lenti

Xəbər lenti