...

Bakıda oğurlanan avtomobil tapılıb

Siyasət Materials 9 Oktyabr 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonu ərazisində naməlum şəxs tərəfindən oğurlanan avtomobil tapılıb.

Xətai rayon Polis İdarəsinin 35 - ci polis bölməsindən cümə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 7 - dən 8 - nə keçən gecə General Mehmandarov küçəsi, ev 2, mənzil 65 ünvanında yaşayan Rəşad İslamova məxsus "VAZ - 21 063" markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, qaçırılan avtomobil çərşənbə günü General Şıxlinski küçəsində açar yeri sökülmüş vəziyyətdə tapılıb.

Hazırda avtomobili qaçıran şəxsin müəyyən edilib tutulması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RP İ- də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti