...

Azərbaycan prezidenti "Kənd təsərrüfatı işçiləri günü" haqqında sərəncam imzalayıb

Siyasət Materials 9 Oktyabr 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend /Azərbaycan prezidenti İlham Əliyev gümə axşamı "Kənd təsərrüfatı işçiləri günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alaraq və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirərək, hər il noyabr ayının 1-də "Kənd təsərrüfatı işçiləri günü" qeyd ediləcək.

Azərbaycan prezidentinin cümə axşamı imzaladığı fərmanda isə, kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər qazanan şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının fəxri adları haqqında" 1998 - ci il 22 may tarixli 706 nömrəli fərmanına əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti