...

Avropa Şurasının mərüzəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətdən razı qalıblar

Siyasət Materials 9 Oktyabr 2008 23:07 (UTC +04:00)
Avropa Şurasının mərüzəçiləri Azərbaycanda seçkiqabağı vəziyyətdən razı qalıblar

Fransa, Strasburq, 9 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/ Azərbaycanda seçkiqabağı vəziyyəti normal saymaq olar. Bu qərara Avropa Şurasının Nümayəndələr Komitəsinin Demokratiya üzrə mərüzəçilər Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı AŞ-nın Fəaliyyət planının yerinə yetirilməsi ilə bağlı keçirdikləri iclasda gəliblər.

Müzakirələrdə AŞ Katibliyinin Demokratiya və Siyasi Məsələlər üzrə Baş direktoru Jan Lui Loran və AŞ Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Kotek çıxış edərək, Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞ-nın Fəaliyyət Planının həyata keçirilməsində heç bir problemin olmadığını, seçkilərlə bağlı ölkədə müxtəlif treninq və maarifləndirici tədbirlərin keçirilməsini vurğulamışdır.

їAqoї qrupunun sədri, Rumıniya səfiri Stelian Stoyan FP-nı qüsursuz həyata keçirilməsini alqışladığını, bunun Azərbaycanda ədalətli seçki keçirməyə kömək edəcəyinə ümidvar olduğunu bildirmişdir. Bununla yanaşı, o, bütün üç Cənubi Qafqaz ölkəsinə müxalifətin seçkilərə iştirak etməməsini, onların siyasi oyun qaydalarından xəbərsiz olmaları kimi səciyyələndirdiyini bildirmişdir.

Venesiya Komissiyasının katibi Djani Bukikkio öz çıxışında Azərbaycanda azad toplaşmaq haqqında qanununun qəbul edildiyini, ölkədə seçki ilə bağlı xüsusi treninqin keçirildiyi və bütün bu işlərin Azərbaycan hakimiyyət qurumları ilə sıx əməkdaşlıq və səmimi dialoq çərçivəsində aparılmasından məmnun olduğunu qeyd etmişdir. "Azərbaycanda bir sıra seçki məntəqələrində veb-kameraların yerləşdirilməsi ideyası seçkilərin şəffaf və ədalətli keçirilməsinə müsbət təsir edəcək", - deyə o qeyd edib.

Müzakirələrdə çıxış edən Fransa, Böyük Britaniya, Norveç, Rusiya və Moldova nümayəndələri ölkəmizdəki seçkiqabağı proseslərin normal keçdiyini, treninqlərin və maarifləndirici tədbirlərin keçirilməsini, seçkilərə çoxlu sayda beynəlxalq müşahidəçilərin dəvət edilməsi təqdirəlayiq olduğunu bildirmişlər.

İclasda Azərbaycanın AŞ yanında daimi nümayəndəsi, səfir Arif Məmmədov, çıxış edərək, Azərbaycan hökumətinin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti