...

Maliyyə böhranı mərhələsi Obamanın qələbəsi ilə noyabrın 5 - də başa çatacaq - Kembric Universitetinin professoru Andrey Piontkovskinin proqnozu

Siyasət Materials 11 Oktyabr 2008 13:30 (UTC +04:00)
Maliyyə böhranı mərhələsi Obamanın qələbəsi ilə noyabrın 5 - də başa çatacaq - Kembric Universitetinin professoru Andrey Piontkovskinin proqnozu

Kembric Universitetinin professoru, Hudson İnstitutunun aparıcı politoloqu Andrey Piontkovski, xüsusi olaraq Trend üçün

Amerikada baş verənlərin fonunda, iqtisadi böhran atmosferində, bu iki həftə ərzində heç bir dramatik hadisə baş verməzsə, Obama qələbə qazanacaq.

Düşünmürəm ki, seçkiqabağı kampaniyada Makkeynin səhvləri olub. Lakin, maliyyə böhranı zamanı KİV çox sadə bir fikri sızdırdıї səkkiz il ərzində respublikaçılar vəzifədə olublar və deməli, onlar və Buş günahkardır. Bundan uduzan isə, Makkeyndir. Lakin diqqətlə baxsaq, bu heç də belə deyil. Bu böhranı təhrik edən əsas səbəb ödəmək imkanları olmayan insanlara verilən ipoteka kreditləridir.

Kreditlər haqqında qanunu demokratlar yaradıblar və təmin olunmamış kreditlərin verilməsini stimullaşdıran qanunvericiliyi Konqresdən keçiriblər.  Məsələyə bir qədər diqqətlə yanaşsaq, aydın olar ki, problem respublikaçılarda deyil.

Lakin iqtisadi problemlər ortaya çıxanda, bunda hökuməti günahlandırırlar. Mən, yüz faiz Obamanı dəstəkləyən sahilboyu elitanın və Nyu-Yorkun elitasının bu böhranı qəsdən dramatikləşdirməsindən şübhələnirəm. Kiçik proqnoz verə bilərəm ї noyabrın 5 - də bazarlar sabitləşəcək. Böhranın televiziya mərhələsi Obamanın vəziyyəti ümidsiz göründüyü, Makkeynin isə, bütün sorğular üzrə ilk dəfə önə keçdiyi vaxtda ї sentyabrın 18 -19 - da başlayıb.

İrqi amil, həqiqətən, mövcuddur. Amerika sosioloqlarının qeyd etdikləri kimi, qara dərili namizədlərə həmişə 5 - 7 faiz az səs verilir. Bizim qaraya qarşı olmağımızı söyləmək siyasi baxımdan düzgün olmasa da, insan səsvermə kabinəsində qalanda başqa cür hərəkət edir. Bu fakt da 5 -7 faiz qiymətləndirilir. Hazırda isə, Obama 10 faiz irəlidədir. Bu, aradakı irqi amili neytrallaşdırmaq üçün tamamilə kifayətdir.  Hər şey çox tez-tez dəyişdiyindən mən, hər iki namizədin uğuruna şübhə edirəm.

Məsələn, mənim tanışlarım olan respublikaçılar Obamaya qarşı videokompromatın olduğunu bildirirlər. Onlar bu kompromatı ən son məqamda üzə çıxaracaqlar ki, bu da dinamikanı dəyişəcək. Lakin onun şübhəli şəxslərlə əlaqələri haqqında məlumatlar amerikalı seçiciyə təsir göstərməyib;əsas kütləvi informasiya vasitələri utanmadan Obamanın tərəfində işləyirlər.

ABŞ prezidentliyinə namizədlər sonuncu debatlarda Rusiyaya qarşı eyni dərəcədə kəskin danışıblar. Lakin mənə elə gəlir ki, Barak Obama və Con Makkeynin xarici siyasət müşavirlərinin dairəsinə görə mühakimə etsək, Obamaya nisbətən prezident Makkeyn Moskvaya qarşı daha barışmaz siyasət aparardı. Kremldə Obamanın qələbəsində maraqlıdırlar və əvvəlki problemlər qalsa da, bu gün onun ritorikası daha çox seçkiqabağı kampaniyadır. Şəxsiyyətlər çox şeyi həll etmirlər.

Müəllifin rəyi Trend İnformasiya Agentliyi redaksiyasının rəyi ilə üst - üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti