...

Azərbaycanda müxalifət düşərgəsini tərk edənlər prezident seçkisini boykot etmiş bəzi müxalif siyasi təşkilatlar tərəfindən kəskin tənqid olunub

Siyasət Materials 11 Oktyabr 2008 18:11 (UTC +04:00)
Azərbaycanda müxalifət düşərgəsini tərk edənlər prezident seçkisini boykot etmiş bəzi müxalif siyasi təşkilatlar tərəfindən kəskin tənqid olunub

Azərbaycan, Bakı, 11 oktyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisini boykot etmiş bəzi müxalif siyasi təşkilatların şənbə günü Müsavat Partiyasının qərargahının həyətində keçirdiyi forumunda müxalifət düşərgəsini tərk edənlər kəskin tənqid olunub.

Trend -un məlumatına əsasən, forumda çıxış edən Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan müxalifət sıralarında yırtılmamış maskalıların qalmadığını deyib. "Müxalifət maskalılardan xilas olub. Prezidentliyə namizədlərin əksəriyəti müxalifətdə təmsil olunanlar olub. Buna məyus olmaq yox, sevinmək lazımdır. Sıralarımızı tərk edənlərin bir az olsun belə qətiyyəti, iradəsi olmadı", deyə Temirxan bildirib.

"Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxışında müxalifətin son mübarizə dövrlərindən bu günə qədər düşərgədə çoxlu itkilərin olduğunu bildirib. "Müxalifət düşərgəsində itkilər çoxdur, sıralarımız seyrəlib. Amma bu seyrəlmə zəiflərin, mənəviyyatı tam olmayanların, həyata keçirdikləri işin haqq işi olduğuna inanmayanların hesabına olub. Seyrəlmə olsa da, sıralarımız genişlənməkdədir", deyə Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində їAzadlıqї blokuna daxil olan partiyalar ї Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyaları, Müsavat partiyası və їAzərbaycan Naminəї İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Prezidentliyə müstəqil namizəd Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclis sədriliyindən istefa verib. Onun istefasından sonra AXCP-nin bir sıra vəzifəli şəxsləri, bəzi rayon təşkilatlarının üzvləri də istefa verib. Onlar Əlibəylinin prezident seçkisindən sonra təsis qurultayını keçirəcəyi "Aydınlar" Partiyasına keçiblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti