...

İlham Əliyev İspaniyanın Kralı I Xuan Karlosu İspaniyanın milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 11 Oktyabr 2008 22:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın Kralı I Xuan Karlosa İspaniyanın milli bayramı münasibətilə təbrik məktubu göndərib. їÖlkənizin milli bayramı ї İspaniyanın milli günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Əminəm ki, Azərbaycan-İspaniya dövlətlərarası münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyikї - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti