...

Türkiyə İraqın kürd administrasiyası qarşısında beş şərt qoyub

Siyasət Materials 14 Oktyabr 2008 13:03 (UTC +04:00)

Bu gün İraqa səfəri başlayan Türkiyə nümayəndə heyəti bu ölkədəki kürd administrasiyasına rəsmi Ankaranın 5 tələbini çatdıracaq. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.

Ankaranın şərtləri aşağıdakılardan ibarətdir:

1. Kürd administrasiyası PKK-nı rəsmi şəkildə terror təşkilatı elan etməli;

2. İraqın şimalındakı PKK düşərgələri və PKK-nın siyasi büroları bağlanılmalı;

3. Kürd administrasiyası tərəfindən PKK-ya verilən maddi-texniki dəstək dərhal dayandırılmalı;

4. İnterpol tərəfindən axtarılan və İraqın şimalında gizlənən PKK terrorçuları Türkiyəyə təhvil verilməli;

5. Kürd administrasiyası PKK haqqında malik olduğu kəşfiyyat xəbərlərini Türkiyəyə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti