...

Ukraynanın Təhlükəsizlik Xidməti deputatlara qarşı fiziki gücün tətbiq edilməsi barədə məlumatı təkzib edir

Siyasət Materials 14 Oktyabr 2008 17:38 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Təhlükəsizlik Xidmətində (UTX) Yuliya Timoşenko Blokunun (YTB) bəzi deputatlarının xüsusi təyinatlı "Alfa" dəstəsinin döyüşçülərinin çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının binasında xalq deputatlarına qarşı fiziki güc tətbiq etmələri barədə məlumatı təkzib edirlər. Bu barədə UTX-yə istinadək YUNİAN xəbər verib.

"Vəziyyət tamamilə əksinədir", - mətbuat xidmətindən bildiriblər. Kənar şəxslər tərəfindən MSK üzvlərinə təzyiq göstərilməsi və bunun onların öz xidməti vəzifələrini icra etmələrinə mane olması ilə əlaqədar, MSK-nın sədri şəxsi mühafizəsini və MSK üzvlərinin mühafizəsini gücləndirmək xahişi ilə Dövlət Mühafizə Xidməti və Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edib, - UTX-dən qeyd ediblər.

Xəbər verildiyi kimi, YTB - dən xalq deputatları Oleq Lyaşko və Andrey Pavlovski bəyan ediblər ki, tam silahlı olan xüsusi təyinatlı "Alfa" dəstəsi və Dövlət Mühafizə Xidmətinin əməkdaşları bu gün səhər MSK-nın binasını bağlayıblar. Onların məlumatlarına əsasən, "Alfa"nın döyüşçüləri xalq deputalarına nə MSK-nın binasını tərk etməyə, nə də içəri daxil olmağa imkan vermirlər.

Öz növbəsində, YTB-dən deputat Andrey Kojemyakin iddia edir ki, xüsusi təyinatlı "Alfa" dəstəsinin döyüşçüləri Mərkəzi Seçki Komissiyasının binasında üç xalq deputatına bədən xəsarətləri yetirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti