...

Gəncə şəhərinin seçki dairələrində içtimai asayişin və təhlükəsizliyin qorunmasına 537 polis cəlb edilib

Siyasət Materials 14 Oktyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Gəncə, 14 oktyabr / , müxbir V. Məmmədov/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) prezident seçkiləri zamanı seçki məntəqələrində və seçki dairələrində içtimai asayişi və təhlükəsizliyin qorunmasına 537 polis cəlb olunub. Bu barədə Trend - a Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev verib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Onun bildirdiynə görə, bülletenlər dairələrə gətirildiyi və dairələrdən məntəqələrə paylanıldığı gündən, polis gücləndirlmiş iş rejiminə keçib.

"104 məntəqənin hər birində və 4 dairə seçki məntəqələrində patrul postları qurulacaq. Seçki günü hər hansı bir insident baş verərsə, polis dərhal həmin halların aradan qaldırılması istiqamətində iş aparacaq" - deyə rəis müavini bildirib.

Balakişiyev onu da bildirib ki, seçki günü Gəncə şəhər Pois İdarəsinin yüksək rütbəli əməkdaşları üçün xüsusui iş növbəsi hazırlanıb və pois əməkdaşları həmin növbətçilik cədvəli üzrə fəaliyyət göstərəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti