Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Hakim Yeni Azərbaycan Partiyası hesab edir ki, səsvermə başlanandan 2 saat ərzində seçicilərin fəallığı hiss olunur.
"Səsvermə başa çatana qədər seçici fəallığı daha yüksək olacaq", - 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verən YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Trend -a bildirib.
"Əminəm ki, nəticədə hakim partiyanın namizədi İlham Əliyev qalib gələcək", - Qurbanlı əlavə edib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]