...

Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların hamısı səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir S.Kazımlı / Penitensiar Xidmətin Əzizbəyov rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların, demək olar, hamısı 13:00 radələrinə qədər səs verib.

Trend - un müxbirinin məlumatına görə, bu müəssisədə 14 saylı Əzizbəyov rayonu 2 - ci Seçki Dairəsinin 34 saylı seçki məntəqəsi təşkil olunub.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəssisədə saxlanılan 295 məhkumun 294 - ü səsvermədə iştirak edib. Müəssisədə hazırda cəza çəkən məhkum, Penitensiar Xidmətin Mühafizə Alayının keçmiş komandiri Elmar Hüseynov prezidentliyə namizədlərin hər birinin platforması və tərcümeyi - halı barədə məlumatlı olduğunu və layiq bildiyi namizədə səs verməsi üçün heç bir təzyiqlə üzləşmədyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti