...

Tbilisidəki seçki məntəqəsində saat 11:30 - dək seçicilərin 54,6% - i səs verib

Siyasət Materials 15 Oktyabr 2008 14:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 oktyabr/ Trend , müxbir Kirtsxaliya/ Tbilisidəki seçki məntəqəsində 11:30 - dək seçicilərin 54,6 %-i səs verib. Azərbaycanın Gürcüstandakı səfiri Natiq Əliyevin Trend - a bildirdiyinə görə, hazırkı məntəqədə seçki baş tutmuş hesab olunur. "Səsvermə pozuntusuz, sakit və şəffaf şəraitdə keçir. Qeydiyyata alınan 71 seçicinin əksəriyyəti Tbilisidə yaşayır", - deyə səfir bildirib.

Səfirlikdəki seçki məntəqəsi saat 8 : 00 - da açılıb və 19:00 - dək fəaliyyət göstərəcək.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvili seçkinin normal şəraitdə keçdiyini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti