Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanın cənub-qərb bölgəsində dələduzluqda təqsirləndirilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 6-da Firdovsi adlı şəxs Bərdə rayon sakini Vüqar Cəfərovun etimadını qazanaraq işə düzəltmək vədi ilə ondan 15 000 dollar alıb. Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tərtər rayon sakini Firdovsi Məmmədov tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində onun, cari ilin iyunun 25-də Bərdə rayon sakini Zülfiyyə Sadıqovanın etibarından sui-istifadə edərək 2000 manat və 400 dollar alması faktı da müəyyən edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]