...

Bakı vaxtı ilə saat 15.00 - a Azərbaycan prezidenti seçkisində seçicilərin 53,1 faizi iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Bakı vaxtı ilə saat 15.00 -a Azərbaycan prezidenti seçkilərində seçicilərin 53,1 faizi iştirak edib, - MSK bildirib.

Bu saatadək qeydə alınmış 4 866 582 seçicidən 2 584 253 -ü səs verib.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiıi keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti