...

Bakı vaxtı ilə saat 17.00 - a seçicilərin Azərbaycan prezidentinin seçkisində iştirakı 64,96 faiz təşkil edib

Siyasət Materials 15 Oktyabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Bakı vaxtı ilə saat 17.00 - a seçicilərin Azərbaycan prezidentinin seçkisində iştirakı 64,96 faiz təşkil edib, - MSK xəbər verir. Qeydə alınmış 4 866 582 seçicidən  3 161 459 ölkə vətəndaşı səs verib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti