...

MDB PA - nın missiyası Azərbaycan prezidenti seçkisinin gedişindən razıdır

Siyasət Materials 15 Oktyabr 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Musayeva/ MDB Parlament Assambleyasının missiyası Azərbaycan prezidenti seçkisinin gedişindən razıdır.

Prezident seçkisini müşahidə etmək məqsədilə Bakıda olan MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Mixail Krotov bir neçə seçki məntəqəsinə baş çəkərək, səsvermə prosesini və seçkilərə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Krotovun sözlərinə görə, seçki şəffaf və sakit şəraitdə keçir. "Bu, ölkədəki sabitliyin göstəricisidir", - o deyib.

Məntəqələr vaxtında açılıb, seçki qutuları qaydalara əsasən, müşahidəçilərin iştirakı ilə möhürlənib, - Krotov bildirib.

Xəbər lenti

Xəbər lenti