...

Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrini qəbul edib

Siyasət Materials 16 Oktyabr 2008 23:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP partiyasının təmsilçisi Mustafa Kabakçı, Türkiyə Böyük Millət Məclisində AKP partiyasını təmsil edən millət vəkilləri Cəlal Erbay, Cahit Bağçı, Orxan Ərdem, TBMM-də CHP partiyasını təmsil edən millət vəkili Ensar Öğüt və TBMM-də MHP partiyasını təmsil edən millət vəkili Tuğrul Türkeş daxil idi.


Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver prezident seçkilərində böyük əksəriyyətin səsçoxluğu ilə inamlı qələbə qazanan prezident İlham Əliyevi təbrik edib. Dövlətimizin başçısına möhkəm cansağlığı arzulayan Akkan Suver dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.


Öz növbəsində İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ölkəmizlə Mərmərə Qrupu arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti