...

Azərbaycanın Sosialist Partiyası prezident seçkisinin nəticələrini tanıyır

Siyasət Materials 17 Oktyabr 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Sosialist Partiyası prezident seçkisinin nəticələrini tanıyır.

"Seçki qanuni keçib və Azərbaycan xalqının iradəsini nümayiş etdirib. Seçkiqabağı kampaniya, səslərin sayılması bütövlükdə demokratik keçib və həm Azərbaycan qanunlarını, həm də beynəlxalq standartları əks etdirib", - deyə Sosialist Partiyası tərəfindən cümə axşamı prezident seçkisi ilə bağlı qəbul edilən bəyanatda bildirilir.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından namizəd, indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Azərbaycan Sosialist Partiyası prezident seçkisində İlham Əliyevi dəstəkləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti