...

Prezident seçkisi Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirəcək - Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 17 Oktyabr 2008 19:14 (UTC +04:00)

Azərbayan, Bakı, 17 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, prezident seçkisi Azərbaycanın beynəlxalq imicini daha da yaxşılaşdıracaq və mövqeyini möhkəmləndiricək. "Prezident seçkisi, ölkədə gedən proseslər və mövcud olan sabitlik tez bir zamanda beynəlxaq miqyasda öz nəticələrini göstərəcək", = bu barədə cümə günü Trend - a Azərbaycan Prezidenti İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Artıq protokolların 99,8 faizi hesablanıb. Hakim Yeni Azrbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyev seçicilərin 88,73 faizinin səsini qazanaraq, qalib gəlib.

Məmmədov qeyd edib ki, prezident seçkisinin azad, demokratik və şəffaf keçirilməsi Azərbaycanın reytinq və nüfuzuna müsbət təsir göstərəcək, beynəlxalq miqyasda ölkənin roluna lazımi adekvat qiymətin verilməsinə səbəb olacaq. "Prezident İlham Əliyev Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirərək, bu seçkiyə qədər də dünyada özünün nüfuzunu və reytinqini çox güclü şəkildə formalaşdırıb və möhkəmləndirib".

O qeyd edib ki, prezident seçkisi hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox mühüm əhəmiyyəti olan tarixi bir hadisə idi. Onun sözlərinə görə, prezident seçkisi nə Azərbaycan xalqında, nə də iqtidarda heç bir narahatlıq yaratmırdı: "Bu seçkini xalq və hakimiyyət üçün çox mühüm bir dövrün başa çatması və yeni bir mərhələnin başlanmasının sərhədi hesab etmək olardı. Bunu həm xalq, həm də prezident İlham Əliyev çox böyük uğurla keçdi".

Məmmədov bildirib ki, beynəlxalq təşkilatların seçkiyə verdiyi qiymət prinsip etibarilə yaxşıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti