...

Azərbaycanın MSK-na yekun protokolların təqdim olunma vaxtı bitdi

Siyasət Materials 18 Oktyabr 2008 00:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr/ Trend / 17 oktyabr gecə yarısı dairə seçki komissiyalarının yekun cədvəli kimi Azərbaycanın Mərkəzi Seçki Komisiyasına yekun protokolların təqdim olnunma vaxtı bitmişdir.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb-88.73 faiz.

İqbal Ağazadə 2, 86% faiz, Fazil Qəzənfəroğlu 2,47%, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak etmişdir.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, 48 saat ərzində dairə seçki komisiyaları tərəfindən yekun protokollar MSK-na təqdim olunmalıdır. Səsvermə günündən başlayaraq, 10 gündən gec olmamaqla, prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiyanın 103 - cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs, prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq, üç gün ərzində and içir.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanda seçkini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti