...

Bakıda oğurluq edən şəxsin üstündən tapança tapılıb

Siyasət Materials 18 Oktyabr 2008 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında avtomobildən oğurluq edən şəxsin üzərindən tapança tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 17- də saat 17:15 radələrində Nəsimi rayon Polis İdarəsinin 20 - ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1969 - cu il təvəllüdlü Həsənov Rövşən Sabir oğluna məxsus "KİA" markalı 90 - BU - 775 dövlət nömrə nişanlı maşından bankomat kartı və sənədlər olan çantanı oğurladığına görə, 1963 - cü il təvəllüdlü Əliyev İlqar Cümşüd oğlu tutulub.

Onun üzərinə baxış keçirilərkən 6 ədəd patron və "Makarov" tipli tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti