...

Azərbaycan parlamentinin komissiyası " çirkli pulların " leqallaşdırılmasınına dair Qanunu təsdiq edib

Siyasət Materials 18 Oktyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin İqtisadi siyasət məsələləri komissiyası ölkədə cinayət yolu ilə əldə edilən "çirkli pulların" leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzədrə tutan qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

"Son illər dünyada cinayət yolu ilə əldə olunan "çirkli pulların" leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması çağırışları güclənib. Azərbaycan da bu sahədə böyük işlər görüb və hazırda bu fəaliyyət davam edir", - komissiyanın şənbə günü keçirilən iclasında Milli Bankın İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlı bildirib.

Trend - un arayışı: Azərbaycan Avropa Şurası qarşısında üzərinə "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsənin qarşısının alınması haqqında" qanun layihəsinin qəbuluna dair öhdəlik götürüb. Qanun layihəsi iyun ayında birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

Qanun layihəsi cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınmasının hüquqi mexanizminin yaradılmasını nəzərdə tutur. Eyni zamanda, maliyyə sisteminin cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə olunması sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlib.

Qanun layihəsinə əsasən, Azərbaycanda 20 min manatdan artıq olan pul vəsaitləri və digər əmlakla aparılan əməliyyatlar dövlət strukturu tərəfindən yoxlanılacaq. Belə əməliyyatlar, məbləğindən asılı olmayaraq, monitorinq olunacaq. Bu sahədə yoxlamalar aparmaq üçün xüsusi maliyyə kəşfiyyat orqanının yaradılması nəzərdə tutulur. Bu orqan yalnız monitorinq aparacaq və hər hansı bir fakt aşkarlayarsa, bununla bağlı cinayət işinin açılması üçün hüquq - mühafizə orqanlarına təqdimat göndərəcək.

Aslanlı qeyd edib ki, Avropa Şurası yanında fəaliyyət göstərən "MoneyBall" komissiyasının qəbul etdiyi qərara əsasən, quruma üzv olan ölkələrdə məbləği 15 min avrodan artıq olan əməliyyatlar monitorinq olunur. Ona görə də, Azərbaycanda bu rəqəm 20 min manat məbləğində müəyyənləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti