...

İranın Zahidan şəhərində 4 nəfər edam olunub

Siyasət Materials 20 Oktyabr 2008 16:24 (UTC +04:00)

İranın Sistan və Bəluçustan vilayətində yerləşən Zahidan şəhərində edam olunan 4 nəfər narkotik maddələrin qaçaqmalçılığında günahlandırılır. Onların edam hökmü Zahidan şəhər məhkəməsi tərəfindən verilib. Bu barədə İranın Sistan və Bəluçustan vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Edam olunanların hökmü bazar ertəsi səhər Zahidan həbsxanasında icra olunub.

2007 - ci ilin sentyabrında BMT Baş Assambeleyası edam cəzasının ləğv olunmasına dair Qətnamə qəbul edib.

2008 - ci ilin yanvarında İranın ədliyyə naziri Ayətullah Mahmud Haşimi Şahrudi açıq edamlara qadağa qoyub. Amma o zaman Haşimi  "sosial ehtiyac" olduğu halda, istisnaların mümkünlüyünü də qeyd edib.

Xəbər lenti

Xəbər lenti