...

Azərbaycan Prezidenti Ilham Əliyev Rusiya Federasiyasi Prezidenti administrasiyasinin rəhbəri Sergey Narişkini qəbul etmişdir

Siyasət Materials 25 Oktyabr 2008 04:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
Dövlətimizin başçısını Prezident seçilməsi münasibətilə təbrik edən Sergey Narışkin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təbriklərini, salamlarını və dərin hörmətini bir daha Prezident İlham Əliyevə çatdırdı.
Sergey Narışkin dedi: "Cənab Prezident, dövlət başçısı seçilməyiniz Rusiya üçün də əlamətdar hadisədir. Rusiyanın strateji tərəfdaşı və mehriban qonşusu olan Azərbaycana məhz Sizin yenidən rəhbərlik etməyiniz bizim üçün də fəxrdir".
Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına və səmimi təbriklərinə görə minnətdarlığını bildirdi, özünün də salamlarını və ən xoş arzularını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti