Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkisini müşahidə edəcək.
Seçkini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşahidə edəcək, Trend -a çərşənbə axşamı MSK-dan məlumat verilib.
MSK nümayəndələri seçkini ABŞ-ın paytaxtı Vaşinqtonda müşahidə edəcəklər.
Trend -un arayışı: ABŞ-da prezident seçkisi noyabrın 4-də keçiriləcək. Prezident seçkisində iki namizəd - demokrat Barak Obama və respublikaçı Con Makkeyn iştirak edir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]