...

Gürcü generalı Cənubi Osetiyada konstitusiya qayda-qanununun yaradılmasına dair bəyanat verməyə səlahiyyəti çatmadığını etiraf edib

Siyasət Materials 28 Oktyabr 2008 13:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın sülhməramlı qüvvələrinin komandanı, general Mamuka Kuraşvili avqustunt 8-də gecə etdiyi bəyanatı impulsiv adlandırıb. "Mən bu bəyanatı edərkən döyüşdən təzə çıxmışdım və kontuziya vəziyyətində idim", - deyə çərşənbə axşamı avqust hadisələrinin araşdırılması üzrə istintaq komissiyasının iclasında Kuraşvili bildirib.

Avqustun 8-də gecə yarısı genreral jurnalistlərə bildirib ki, Gürcüstan hakimiyyəti Cənubi Osetiyada konstitusiya qayda-qanununun yaradılması üzrə əməliyyatlara başlayır. Gürcüstan Təhlükəsizlik Şurasının katibi Kaxa Lamaya Kuraşvilinin belə səlahiyyətə malik olmadığını təsdiq edib və bildirib ki, həmçinin onun bəyanatının mahiyyəti orduya verilən əmr ilə üst-üstə düşməyib.

"Mənim bəyanatım qeyri-iradi və hazırlıqsız olub və o, əlbəttə ki, verilən əmrin mahiyyətini əks etdirmirdi, həmçinin mən kütləvi hücuma məruz qalan Avnevidəki postda əsgərlərimin həlak olmalarının təsiri altında idim", -deyə Kuraşvili bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqaşlə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti