Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanla hərbi-texniki sahədə təcrübə mübadiləsi aparmaq niyyətindədir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun çərşənbə axşamı Trend -a verdiyi məlumata görə, ABŞ-ın Milli Müdafiə Universitetinin CAPSTONE qurumunun bu yaxınlarda təyin edilmiş yüksək vəzifəli zabitlərindən ibarət nümayəndə heyəti azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün Azərbaycana səfərə gəlib.
Devidsonun sözlərinə görə, ABŞ-ın yüksək vəzifəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərində bir sıra görüşlər keçirmək niyyətindədir. Nümayəndə heyəti 17 nəfərdən ibarətdir.
CAPSTONE 1984-cü ilin fevral ayında təşkil olunub. Qurum Milli Müdafiə Universiteti və Yüksək Vəzifəli Qulluqçular Şurasının direktivi üzrə təsis edilib.
Məqalə müəllifi il əlaqə ünvanı - trend