...

AFFA - nın Baş katibi UEFA -nın prezidenti ilə görüşüb

Siyasət Materials 29 Oktyabr 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossasiyası (AFFA) UEFA - nın Kütləvi Futbol Proqramına qoşulub. Bu barədə Trend - a Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bu gün UEFA - nın İsveçrənin Nyon şəhərindəki mənzil - qərargahında milli Assosiasiyaların Baş katiblərinin iclası keçirilib. İclasda iştirak emək üçün AFFA- nın Baş katibi Elxan Məmmədov dünən İsveçrəyə gedib.

Assosiasiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün UEFA-nın prezidenti Mişel Platini və Baş katibi Devid Teylorun iştirakı ilə keçirilən tədbirdə AFFA rəsmi olaraq qitə futbol qurumunun Kütləvi Futbol Proqramına qoşulub. Azərbaycan tərəfindən sənədi Məmmədov imzalayıb.

Məmmədov 2007 -cı ilin iyunundan AFFA - nın Baş katibidir. Bu ilin iyulunda o, yenidən bu vəzifəyə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti