...

Əfqanıstanın Mədəniyyət Nazirliyində baş vermiş partlayış zamanı 25 nəfər həlak olub

Siyasət Materials 30 Oktyabr 2008 15:33 (UTC +04:00)
Əfqanıstanın Mədəniyyət Nazirliyində baş vermiş partlayış zamanı 25 nəfər həlak olub

Əfqanıstan, Kabil, 30 oktyabr/ Trend , müxbir A.Həkimi/ Əfqanıstanın Mədəniyyət Nazirliyində kamikadze tərəfindən törədilmiş partlayış zamanı 25 nəfər həlak olub. Partlayışda iştirak edən üç kamikadzedən biri özünü partladıb. Digər iki kamikadzenin biri həbs edilib, digərinin taliye haqda məlumat yoxdur.

Mədəniyyət Nazirliyi əməkdaşlarından biri Trend -a müsahibəsində bildirib ki, partlayış nazirliyin binasının daxilində baş verib, partlayış nəticəsində 25 nəfər həlak olub. Onun sözlərinə görə, ölən və yaralananların dəqiq sayı məlum deyil.

Rəsmi açıqlamara görə, kamikadzelərdən biri nazirliyə daxil olaraq özünü partladıb. Partlayış nəticəsində nazirliyin binasındakı pəncərələr, giriş qapısı və əsas divar tamamilə dağılıb.

Kabil şəhər polis rəisinin müavini Şah Əhmədi isə bildirib ki, hadisə zamanı 4 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Mədəniyyət Nazirliyinin əməkdaşı Rəhimullah Yektən Trend -a bildirib ki, partlayış baş verən zaman nazirliyin binasında olub. O əlavə edib ki, partlayışdan öncə binanın mühafizəçiləri və kamikadze arasında qarşıdurma baş verib.

Hazırda Mədəniyyət Nazirliyinin binası polislər tərəfindən əhatə olunub və heç kəs binaya buraxılmır.

Nazirliyin rəsmiləri tərəfindən hadisə yerinə baxış keçirilib.

Mədəniyyət Nazirliyinin binasında uşaq bağçası da yerləşirmiş və burada partlayış zamanı 30 uşağın olduğu bildirilir. Kabil şəhər polis rəisi Məhəmməd Əyyub Saləngi uşaqlardan ikisinin yaralandığını deyib.

"Taliban" nümayəndəsi İzzətula Mucahid hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. O bildirib ki, Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə naziri öldürmək məqsədi ilə üç kamikadze göndərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti