...

Marneulidə "İnteretnik festival - 2008" işə başlayıb

Siyasət Materials 31 Oktyabr 2008 17:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycanlıların məskunlaşdığı Gürcüstanın Marneuli şəhərində "İnteretnik festival - 2008" açılıb. Festival Gürcüstanın Prezident Administrasiyası və xalq müdafiəçisinin hamiliyi ilə keçirilir.

Marneuli Mədəniyyət Evində təşkil olunan festival "Millətlər arasında sülh" mövzusuna həsr edilib. O, uşaq rəsmləri sərgisi ilə açılıb.

Festival çərçivəsində "Tolerantlıq" dövri nəşrinin təqdimatı da keçirilib.

Daha sonra konsert təşkil olunub.

Üç gün davam edəcək festival etnik azlıqların adət - ənənələrinin nümayişi , azərbaycanlılar və Kvemo Kartli regionunda yaşayan digər etnoslar, onların yaxınlaşması və vətəndaş cəmiyyətinə inteqrasiyası məqsədi dayışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti