...

Azərbaycanın cənubunda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Siyasət Materials 1 Noyabr 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın cənub bölgəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Dörd avtomobilin toqquşması nəticəsində 56 yaşlı qadın hadisə yerində ölüb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü Trend -a məlumat verilib.

Məlumata görə, oktyabrın 31-də saat 01:00 radələrində Astara yolunun 50-ci kilometrliyində 1981-ci il təvəllüdlü Xəyyam Mehman oğlu İsgəndərovun idarə etdiyi "Ford" markalı 54 - BS - 737 nömrə nişanlı, 1980-cı il təvəllüdlü Qadir Əbülfət oğlu Əliyevin idarə etdiyi "KamAZ -5511" markalı 66 -AC - 412 nömrə nişanlı, 1952-ci il təvəllüdlü Eyyub Məhərrəm oğlu Qafarovun idarə etdiyi "KamAZ- 5511" markalı 36 - AC - 087 nömrə nişanlı və 1984-cü il təvəllüdlü Ruslan Aydın oğlu İbrahimovun idarə etdiyi "Mersedes- 200" markalı 10 - VH - 669 nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə "Ford" markalı maşının sərnişini 1952-ci il təvəllüdlü Kifayət Ataməli qızı Quliyeva hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti