İran Müdafiə Nazirliyi mikrosulatı gəmi və radardan yayına bilən qayıq istehsalına başlayıb. Bu barədə İran televiziyasının İRİBNEWS rəsmi saytı məlumat yayıb.
İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar İranda keçirilən müdafiə sənayesi üzrə araşdırmalara həsr olunmuş seminarda jurnalistlərə bildirib ki, mikrosualtı gəmi və radardan yayına bilən qayığın layihəsi və istehsalı Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilib.