...

Gürcüstan mürəkkəb, vacib və uzunmüddətli mübarizəyə cəlb edilib - Gürcüstan prezidenti

Siyasət Materials 11 Noyabr 2008 06:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 noyabr / Trend müxbir N.Kirtsxalia/ "Gürcüstan mürəkkəb, vacib və uzunmüddətli bir mübarizəyə cəlb edilib. Bu mübarizədə biz bütün partnyorlarla birgə əməkdaşlıq edəcəyik", - bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Axalkalaki və Ninotsminda əhalisinin sosial vəziyyəti ilə tanış olarkən Samtse-Cavaxetiyada keçirdiyi görüşdə deyib.

Saakaşvili nəzərə çatdırıb ki, Avropa İttifaqı son zamanlar Rusiya tərəfinin nöqsanlarını tez-tez qeyd edir.

Gürcüstan prezidenti bildirib ki, yerli əhalinin problemlərini  həll etmək üçün əlindən gələni əsirgəmiyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti