...

Əfqanıstanın narkotik vasitələrə qarşı mübarizə planları uğursuzdur

Siyasət Materials 11 Noyabr 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir A.Həkimi/ Əfqanıstanın narkotiklərlə mübarizə üzrə naziri, general Hodaydad ötən il ərzində idarənin fəaliyyəti barədə hesabat vermək üçün ölkə parlamentinə çağırılıb.

Hodaydad bildirib ki, nazirlik bu sahədə səlahiyyətlərə malik deyil. Onun sözlərinə görə, narkotiklərlə mübarizə və aparılan siyasət üzrə planlar koalisiya qüvələrinin səlahiyyətindədir.

Narkotiklərə qarşı mübarizə üzrə parlament komissiyası ölkədə narkotik vasitələrin yayılmasının qarşısının alınması üzrə aparılan işləri uğursuz adlandırıb.

BMT Təhlükəsizlik Şurasının hesabatına əsasən, heroin istehsalının 92 faizi, tiryək istehsalının isə 93 faizi Əfqanıstanın payına düşür.

Əfqanıstan 2007-ci ildə 8 200 min ton tiryək istehsal edib.

General Hodaydad sentyabrda Trend -a müsahibəsində bildirib ki, görülən tədbirlər nəticəsində tiryək xaşxaşının əkin sahələri 19 faiz, narkotik vasitələrin istehsalı isə 11 faiz azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti