Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası məsələsində mübahisəli məqamlar qismən razılaşdırılıb. İki ölkə ekspertləri Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası məsələsində bəzi mübahisəli məqamları razılaşdırıblar. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsini icra edən Qərib Məmmədov bildirib.
Məmmədov bildirib ki, noyabrın sonu-dekabrın əvvəlində sərhədlərin delimitasiya və demorkasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək və burada bu məsələ müzakirə olunacaq.
Azərbaycan və Rusiya arasında üç razılaşdırılmamış sahə - Azərbaycan, Rusiya və Gürcüstan sərhədlərinin qovşağında yerləşən Balakan rayonu ərazisindəki sahə, Qusar rayonunda Samur çayının başlanğıcı yaxınlığındakı sahə, həmçinin Xaçmaz rayonunda meşə massivi sahəsi qalıb.
Hazırkı məqamda umimi uzunluğu 370 km olan Azərbaycan-Rusiya sərhədlərinin 90-95 faizi razılaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]