...

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımları daha kəsərli olmalıdır – Litva prezidenti

Siyasət Materials 14 Noyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir S.Əliyev/ "Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımları daha kəsərli və sürətli olmalıdır", - Litva prezidenti Valdas Adamkus cümə günü Bakıda keçirilən IV Enerji Sammitində deyib.

"Enerji təhlükəsizliyi məsələləri təcili tədbir görülməsini tələb edir, bu səbəbdən də, böyük olmasa belə, vacib addımların atılması zəruridir", - Adamkus söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının "Odessa-Brodı" layihəsinin gerçəkləşmə təşəbbüsünün hazırlanmasında iştirak edəcək xüsusi nümayəndəsinin təyin edilməsi zəruridir.

""Nabukko" və "Turkiyə-Yunanıstan-İtaliya" kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından başqa layihələrdən iqtisadi cəhətdən daha səmərəlidir", - Adamkus bildirib.

"Azərbaycan bu prosesdə çox əhəmiyyətli yer tutur və strateji tərədaşdır", - Litva prezidenti qeyd edib.

Onun sözlərinə görə, bu boru kəmərləri Xəzər və İraq qazının hesabına doldurula bilər.

"Bu, digər təchizatçıların təsirini azalda bilər", - Litva prezidenti vurğulayıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti