...

Bakıda "Nikoil" bankından külli miqdarda pul götürüb dələduzluq etməkdə təqsirləndirilən şəxs tutulub

Siyasət Materials 22 Noyabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir S. Kazımlı / Bakı sakini dələduzluq etməkdə təqsirli bilinərək, polis tərəfindən tutulub. Həmin şəxs Bakıdakı bankların birindən başqa şəxsin adına külli miqdarda pul götürüb mənimsəməkdə təqsirli bilinir. Bu barədə Nərimanov rayon Polis İdarəsinin 16 - cı polis bölməsindən (RPİ) Trend -a məlumat verilib.

Nərimanov RPİ 16 - cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178 - ci) maddəsi ilə ötən ay barəsində axtarış elan olunan 1971- ci il təvəllüdlü Daməd Məmməd oğlu Həsənov çümə günü tutulub.

Polis bölməsindən bildiriblər ki, Həsənov Bakı sakini Sevinc Əliyevanın adından "Nikoil" bankından 60 min manat pul götürərək, sonuncunun evini qeyd olunan banka girov qoyub. İlkin dindirmə zamanı Həsənov götürdüyü pulun 30 min manatını Əliyevaya, 10 min manatını isə, banka qaytardığını deyib,yerdə qalan məbləği də qaytaracağını bildirib.

Polis bölməsindən əlavə ediblər ki, Həsənovdan Əliyeva şikayət edibvə şikayətçi hələlik dindirilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti