...

Azərbaycan Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılıb

Siyasət Materials 25 Noyabr 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılıb.

"Diplomatik xidmət orqanlarının saxlanılması üçün 2009-cu ilin dövlət büdcəsində 52 milyon manat nəzərdə tutulub, bu da ötən illə müqayisədə 3,7 milyon manat (7,7%) çoxdur", - Trend -unməlumatına görə, bu rəqəmlər Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında qəbul olunan 2009-cu ilin büdcə layihəsində qeyd olunub.

Trend -un arayışı: 2008-ci ildə Azərbaycanın dövlət büdcəsindən diplomatik xidmət orqanlarının saxlanılmasına 48,3 milyon manat vəsait ayrılıb. 2008-ci ildə XİN əməkdaşlarının maaşları əhəmiyyətli dərəcədə artırılıb.

2009-cu ildə XİN-ə əlavə işçilər qəbul etmək üçün ştatlar veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti