Əfqanıstan, Kabil, 25 noyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artması əsasən, qanunsuzluq və qeyri-stabilliklə bağlıdır. "Son illər qadınlara qarşı amansızlıq və zorakılıq artıb", - deyə Əfqanıstanın insan haqları üzrə müstəqil komissiyasının (ƏİHMK) rəhbəri Sima Samar bildirib.
Tədqiqat orqanlarında hesab edirlər ki, Əfqanıstanda qanunsuzluq və təhlükəsizliyin azlması halları çoxalıb.
"Ümumilikdə qeydə alınan hadisələrin sayı üzrə artım 50 faizdir", - deyə Sima Səmər bildirib.
ƏİHMK rəhbəri jurnalistlər qarşısında çıxışında bildirib ki, Əfqanıstanın insan haqları üzrə müstəqil komissiyası qadınlara qarşı artan zorakılıq faktlarından təşvişə düşüb.
Onun sözlərinə görə, 2008 -ci ilin ilk altı ayı ərzində ailələrdə 2081 zorakılıq hadisəsi, o cümlədən uşaqlara qarşı 32 cinsi zorakılıq halı qeydə alınıb.
Qeyd etmək lazımdır ki, əvvəllər Əfqanıstan tarixində belə problemlər olmayıb, lakin son illərdə müharibə, terror və əfqan xalqının məhv edilməsi bu hadisələrin sayını artırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend