...

Bakı barlarında polis reydlər keçirib

Siyasət Materials 26 Noyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S.Kazımlı/ Bakı şəhərində əxlaqsızlıq yuvalarının müəyyənləşdirilməsi üçün polis reydlər keçirib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, İctimai Təhlükəsizlik İdarəsi və Təhqiqatlar Şöbəsinin noyabr ayının 25-dən 26-na keçən gecə saat 00:30-dan 01:20-dək Nəsimi rayonu 28 may küçəsi ünvanında fəaliyyət göstərən "Black House", Azadlıq prospekti 28 ünvanında fəaliyyət göstərən "Maksimum", Mərdanov Qardaşları küçəsi 22 ünvanında fəaliyyət göstərən "555", Ş.Bədəlbəyli küçəsi 106 ünvanında fəaliyyət göstərən "Neptun", Nizami rayonu Naxçıvanski küçəsi 49-A ünvanında fəaliyyət göstərən "Siyah Bəyaz", E.Süleymanov küçəsində fəaliyyət göstərən "Qaya", Səbail rayonu Xaqani küçəsi 47 ünvanında fəaliyyət göstərən "İmperator", Nərimanov rayonu A.Neymətulla küçəsi 49-A-da yerləşən "Eko", A.Neymətulla küçəsi 36-da yerləşən "Atlant" gecə barlarında keçirdiyi əməliyyat tədbirləri zamanı 20-yə qədər əxlaqsız qadın saxlanılıb. İdarədən bildirilib ki, saxlanılan qadınların bir neçəsi əvvəlki reydlər zamanı saxlanılanlardır.

Adları qeyd olunan barların müdirləri isə müvafiq araşdırılma aparılması üçün BPİ-yə çağrılıb.

Bu, noyabr ayında idarənin əxlaqsız qadınların toplaşdığı yerlərin müəyyən edilməsi istiqamətində keçirdiyi reydlərin 4-cü mərhələsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti