...

İlham Əliyev Albaniyanın prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 27 Noyabr 2008 21:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Albaniyanın prezidenti Bamir Topini ölkənin milli bayramı münasibətilə təbrik edib.

"Albaniyanın milli bayramı - Bayraq günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını davam etdirəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm" - deyə təbrik məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti