...

Avropada RF ilə qarşıdurmaya hazır olan az ölkə var – "Rus dünyası" Fondunun icraçı direktoru

Siyasət Materials 28 Noyabr 2008 15:40 (UTC +04:00)
Avropada RF ilə qarşıdurmaya hazır olan az ölkə var – "Rus dünyası" Fondunun icraçı direktoru

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir E.Tariverdiyeva/ "Rus dünyası" Fondunun icraçı direktoru Vyaçeslav Nikonov hesab edir ki, Gürcüstan və Ukraynaya NATO-ya üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) təqdim edilməsi qeyri-müəyyən vaxta təxirə salınıb.

"ABŞ istənilən halda Gürcüstan və Ukraynaya ÜFP-nin təqdim edilməsi üzrə plandan imtina etməyib. Onlar sadəcə olaraq dərk edirlər ki, indi Tbilisi və Kiyevə ÜFP-nin verilməsi qeyri-realldır və çətin ki, Avropa tərəfindən dəstəklənsin", - deyə cümə günü Trend -a Nikonov bildirib.

ABŞ Dövlət Katibi Kondoliza Rays noyabrın 26-da bəyan edib ki, Vaşinqton NATO xarici işlər nazirlərinin dekabrın əvvəlində Brüsseldə keçiriləcək görüşündə Ukrayna və Gürcüstana ÜFP təqdim edilməsi prosesini tezləşdirməyə hazırlaşmır.

Politoloqun sözlərinə görə, bir sıra Avropa ölkələri NATO-nun yaxın vaxtlarda keçiriləcək şurasında sadəcə olaraq bu qərarın qəbul edilməsinin qarşısını alacaqlar. "Moskva bu vəziyyəti hadisələrin müsbət inkişafı kimi qəbul edir, belə ki, planın təqdim edilməsi Avropa və Rusiya arasında iri miqyaslı siyasi böhranın yaranmasına səbəb ola bilərdi", - deyə Nikonov bildirib.

Onun sözlərinə görə, NATO-da hər şey üzv dövlətlərin qərarından asılıdır. NATO-da ÜFP-nin təqdim edilməsi üçün bütün ölkələr həmrəylik nümayiş etdirməlidir və Avropada Rusiya ilə açıq qarşıdurmaya hazır ola biləcək az ölkə var.

Kiyev və Tbilisinin alyansa üzvlüyə namizəd statusunu almağa hazır olub-olmamalarına NATO-ya üzv 26 dövlətin xarici işlər nazirlərinin dekabrın 2-3-də Brüsseldə keçiriləcək görüşündə qiymət veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti