...

Rumıniyada "Armyanskiye (i)na(o)rodnıye skazki" adli kitab çap olunub

Siyasət Materials 2 Dekabr 2008 02:14 (UTC +04:00)

Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanovun və həmmüəllif-Rumıniyada fəaliyyət göstərən "Paul Polidor" Fondunun prezidenti, tanınmış ictimai xadim və bəstəkar Paul Polidorun "Armyanskie (i)na(o)rodnıe skazki" adlı kitabı ingilis və rumın dillərinə tərcümə edilərək Rumıniyada çap olunub. Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Cəmiyyətdən bildiriblər ki, ermənilərin böhtançı fəaliyyətləri və təhrifləri, xalqımızın mədəni və tarixi irsini zaman-zaman mənimsəmə cəhdləri, terrorçu və məkrli siyasətləri kitabda geniş əks olunub.
Yeni kitab səfirlik tərəfindən Rumıniyanın milli arxivinə, bütün kitabxanalarına, elm və təhsil ocaqlarına, senatorlara və deputatlara, ölkədəki diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Xəbər lenti

Xəbər lenti