...

"Condolla" qruplaşması İranda 11 nəfəri güllələyib (YENİLƏNİB)

Siyasət Materials 4 Dekabr 2008 14:39 (UTC +04:00)

İran, Tehran, 04 dekabr/ Trend , müxbir A.Nəmdari/ İranın cənubunda fəaliyyət göstərən "Condolla" qruplaşması iyunda girov götürülən 11 nəfəri güllələyib. Bu barədə Trend -a adının gizli saxlanılmasını istəyən mənbə bildirib. Səkkiz nəfər isə əvvəl öldürülmüşdü.

Cari ilin iyun ayında "Condolla" təşkilatının nümayəndələri Pakistanla sərhəddə yerləşən Sarvan regionunda 16 polis əməkdaşını, daha sonra isə üç Sepah üzvünü (İslam İnqilabçılar Keçşikçiləri Korpusunun zabitləri) girov götürmüşdülər.

İranın rəsmi şəxsləri məlumat vermişdilər ki, bütün girovlar Pakistana aparılıb.

"Condolla" lideri Əbd-ul-Malik Reyqinin rəhbərliyi altında bir neçə terror aktı həyata keçirilib. Bu aktlar arasında ən dəhşətlisi Tasukizabulda turistlərin öldürülməsi, içərisində Sepah üzvləri olan avtobusun partladılması, Sistan və Baluçistanda səsli bombaların partladılması olub.

"Condulla" İran hökumətindən qruplaşmanın həbs olunmuş 200 üzvünün buraxılmasını tələb edir. Rəsmi Tehran bu təklifi rədd edir və danışıqlara başlamaq istəmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti