Türkiyənin Ədliyyə Nazirliyi Avropa İnsan Haqları Məhkəməsində (AİHM) bu ölkə əleyhinə qərarlar verilməsinin qarşısını almaq məqsədilə qanunlarda dəyişikliklər edəcək. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Nəzərdə tutulan qanun dəyişikliklərinə görə, məhbusların məruz qaldıqları intizam cəzasına görə şikayətlərinə baxılarkən hakim məhbusu və yaxud onun vəkilini də dinləyəcək. Məqsəd məhbusların hüquqlarının qorunmasını lazımi səviyyədə təmin edərək, onların AİHM-ə müracit etmələrinin qarşısını almaqdır.