...

Gürcüstanın Rusiyaya qarşı xarici siyasi kursu dəyişməyəcək – XİN

Siyasət Materials 10 Dekabr 2008 14:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Xarici İşlər Nazirliyi siyasi kursu dəyişməyəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstanın yeni xarici işlər naziri Qriqol Vaşadze bildrib. O, bu gün Xarici İşlər Nazirliyinin kollektivinə Baş nazir Qriqol Mqaloblişvili tərəfindən təqdim olunub.

"Biz Rusiyaya qarşı siyasətimizi dəyişmək niyyətində deyillik, belə ki, bu siyasət düzgün hesablamalar üzərində qurulur və ölkənin maraqlarına tam və dərin hörmət əsasında ətraflı düşünülüb", - deyə Vaşadze bildirib.

O bildirib ki, Qiqa Bokeriya nazirin birinci müavini vəzifəsində qalacaq. Nino Kalandadze də nazirin müavini postunda qalıb.

"İki yeni müavin də təyin ediləcək - Aİ məsələləri ilə məşğul olacaq David Calaqaniya və Aleksandr Nalbəndov", - deyə Vaşadze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ABŞ və NATO-da yeni səfirləri barədə məsələ hələ həll edilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti