...

Azərbaycan prezidenti Qətərin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 10 Dekabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qətərin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Cəsum Əl-Sənin etimadnaməsini qəbul edib, - AzərTAc dövlət agentliyi məlumat yayıb.

Azərbaycana yeni təyin olunmuş səfir fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Azərbaycan və Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti