...

Türkiyə universitetlərində erməni kafedraları fəaliyyət göstərəcək

Siyasət Materials 11 Dekabr 2008 16:44 (UTC +04:00)

Türkiyənin iki universitetində gələn ildən erməni kafedraları fəaliyyət göstərəcək. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi məlumat verib.

Türkiyənin Ali Təhsil Komissiyası tərəfindən verilmiş qərara əsasən, 2009-cu ildən Trakya və Nevşehir universitetlərində erməni kafedrası yaradılacaq və bu universitetlərə erməni dili və erməni ədəbiyyatı ixtisasları üzrə tələbə qəbulu elan olunacaq, hər universitetdə 20 tələbə təhsil ala biləcək. Kafedraların yaradılmasına Türkiyə xarici işlər nazirliyi tərəfindən müsbət rəy verildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti