...

İsraildə avtomobil qəzasında həlak olanlar arasında rusiyalı turistlər var

Siyasət Materials 16 Dekabr 2008 18:29 (UTC +04:00)
İsraildə avtomobil qəzasında həlak olanlar arasında rusiyalı turistlər var

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir A.Qut/ İsraildə avtomobil qəzasında həlak olanlar arasında, əsasən, Sankt-Peterburqdan olan turistlər var. Rusiya turistlərinin olduğu təyyarə bu gün səhər İsrailin Ben Qurion beynəlxalq hava limanında yerə enib. Buradan turistlər Təl-Əvivdən 400 km məsafədə yerləşən Elat kurort şəhərinə yola düşüblər, - Trend -un İsraildəki xüsusi müxbiri xəbər verir. Avtobusun İsrailin cənubunda uçuruma düşməsi nəticəsində ən azı 10 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb. Hadisə yerində təcili yardım briqadası və hərbi vertolyotlar işləyir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti